Azərbaycan millisi son 1 ildə ən çox irəliləyən 20 komandadan biridi. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan FİFA reytinqində 386 xalla 90-cı olan Robert Prosineçkinin yetirmələri bir il əvvəlki ilə müqayisədə 27 pillə irəliləyib.
Komandamız bu göstərici ilə dünyanın yalnız 19 yığmasından geri qalır. İnkişaf üzrə rekord isə Qvineya-Bissau yığmasına məxsusdu. Afrikalılar 1 ildə 78 pillə irəliləyib.
Qeyd edək ki, ötən ilin dekabrı ilə müqayisədə ən çox geriləyənlər Kuba (60), Finlandiya (51), Ekvatorial Qvineya və Aruba (hər ikisi 45) milliləridi.
|
yer |
komanda |
2016 |
2015 |
irəliləyiş |
|
1 |
Qvineya-Bissau |
68 |
146 |
78 |
|
2 |
Kuraçao |
75 |
151 |
76 |
|
3 |
Yeni Zelandiya |
109 |
151 |
42 |
|
4-6 |
Sent-Kitts və Nevis |
80 |
121 |
41 |
|
|
Surinam |
150 |
191 |
41 |
|
|
Taiti |
148 |
189 |
41 |
|
7 |
Burkina-Faso |
50 |
89 |
39 |
|
8 |
Ermənistan |
86 |
123 |
37 |
|
9 |
Papua-Yeni Qvineya |
170 |
203 |
33 |
|
10 |
Komor adaları |
140 |
172 |
32 |
|
11-13 |
Hindistan |
135 |
166 |
31 |
|
|
Qazaxıstan |
98 |
129 |
31 |
|
|
Svazilend |
100 |
131 |
31 |
|
14 |
Namibiya |
99 |
129 |
30 |
|
15-17 |
Qayana |
132 |
161 |
29 |
|
|
Mavriki |
145 |
174 |
29 |
|
|
Suriya |
96 |
125 |
29 |
|
18-19 |
Peru |
19 |
47 |
28 |
|
|
Puerto-Riko |
144 |
172 |
28 |
|
20 |
Azərbaycan |
90 |
117 |
27 |