[b]2021-ə qədər “Yuventus”da[/b]
21.12.2016 - 01:55
“Yuventus” Leonardo Bonuççi ilə müqaviləsini yeniləyib. Apasport.az saytının məlumatına görə, təcübəli müdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına kimidir.
Əldə edilən razılığa əsasən, Bonuççinin məvacibi dəyişilməz qalıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu Turin klubuna 2010-cu ildə “Bari”dən transfer olunub. Geridə qalan müddətdə Bonuççi “Yuventus”un heyətində 185 oyuna çıxıb.
0
0