[b]30-cu qələbə iddiasında[/b]
24.07.2017 - 17:43
[b]30-cu qələbə iddiasında[/b]

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında yubiley qələbəsini qazana bilər. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şerif”lə ilk matçınadək Ağdam təmsilçisi 45 yaşlı mütəxəssislə 29 dəfə qalib gəlib.

 

2008-ci ildən əyalət klubunu çalışdıran Qurbanov 66 avrokubok matçında “Qarabağ”a rəhbərlik edib. Bu 66 oyunda 29 qələbəsi olan təmsilçimiz 19 heç-heçə edib və 18 dəfə uduzub. Onun yetirmələri 77 qol vurub və 60-nı buraxıb.

 

Moldova çempionu ilə Bakıdakı oyun Qurbanovlu “Qarabağ”ın 67-ci matçı olacaq ki, meydan sahibləri qələbə sayını 30-a çatdırmağa çalışacaq.