[b]30-cu qırmızı[/b]
02.09.2017 - 01:55
Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov xoşagəlməz yubileyin səbəbkarı olub. Apasport.az saytının məlumatına görə, milliləşən legioner DÇ-2018-in Norveçlə səfər matçında meydandan qovulub.
Bu qırmızı vərəqə Azərbaycan yığmasının tarixinə 30-cu kimi düşüb. Belə ki, bu görüşədək 30 dəfə oyunçularımız meydandan qovulub. Bədavi isə yığmada 2-ci dəfə qırmızıya layiq görülüb.
Qeyd edək ki, yığmamız Norveçə 0:2 hesabı ilə uduzub.
0
0