[b]30 qələbə, 16 mərhələ[/b]
19.07.2017 - 00:15
[b]30 qələbə, 16 mərhələ[/b]

“Qarabağ”ın “Samtredia” üzərində qələbəsi baş məşqçi Qurban Qurbanov üçün avrokuboklarda yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis qitə miqyaslı turnirlərdə 30-cu qalibiyyətin sevincini yaşayıb.

 

2007/08 mövsümündə “Neftçi”nin baş məşqçisi kimi Avstriya “Rid”i üzərində zəfərə şahid olan Qurbanov digər 29 qələbəsinə Ağdam klubunda imza atıb.

 

O, 30 qələbəyə 68 matçda nail olub. Baş məşqçi komandasının 80-ci qolunu da izləyib ki, bu topa Donald Gerye imza atıb.

 

Qurbanov həm də Azərbaycan klubları ilə ən çox mərhələ adlayan baş məşqçidi. Onun yetirmələri 16-cı dəfə mərhələ keçib.

 

Qeyd edək ki, “Qarabağ” səfər matçında 1:0 hesablı qələbə qazanıb.