[b]30 zərbə, 4 qol - STATİSTİKA[/b]
11.04.2018 - 09:18
[b]30 zərbə, 4 qol - STATİSTİKA[/b]

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunun III qrupunda son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ev sahibi Finlandiya ilə qarşılaşan yığmamız 0:4 hesablı məğlubiyyətə üzülüb.

 

UEFA qarşılaşmanın statistik göstəricilərini açıqlayıb. Vüqar Əsgərlinin yetirmələri rəqibindən aşkar geri qalıblar. Qapı istiqamətindəki ümumi zərbə sayında bu fərq daha aşkar hiss olunub – 2:30.

 

Qeyd edək ki, millimiz ilk 2 görüşdə Fransa (0:6) və Belçikaya (1:5) böyük hesabla uduzmuşdu.

 

Azərbaycan

 

Finlandiya

0

Qol

4

2

Zərbə

30

0

Çərçivəyə

10

1

Çərçivədən kənara

13

1

Qarşısı alınan zərbələr

7

0

Küncdən zərbə

8

0

Oyundankənar vəziyyət

0

1

Sarı vərəqə

0

0

Qırmızı vərəqə

0

5

Qayda pozuntusu

3