“Roma”nın yarımmüdafiəçisi Daniele de Rossi “Yuventus”un maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qoca sinyora” veteran futbolçunu heyətinə cəlb etmək niyyətdindədi.
Turin təmsilçisi “Roma” ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan ulduz futbolçunu pulsuz heyətə qatmağı planlaşdırır. Lakin 33 yaşlı oyunçu “Yuventus”a “yox” cavabını verib. De Rossi tezliklə paytaxt təmsilçisi ilə yeni anlaşma imzalayacağına inanır.
Qeyd edək ki, karyerası ərzində yalnız “Roma”nın formasını geyinən Daniele de Rossi 2001-ci ildən bu klubun uğurları üçün çalışır.