Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan Bakının “İnter” klubu tarixi qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Serbiyada “Mladost”u 3:0 hesabı ilə yenən paytaxt klubu təmsilçilərimizin avrokuboklarda tarixi ərzində 30-cu səfər qələbəsinin müəllifi olub.
Belə ki, Luçani təmsilçisi ilə görüşədək klublarımız klubları 23 ildi çıxış etdikləri avrokuboklarda 29 dəfə rəqib meydanından qalib dönmüşdü.
30 qələbədə ən çox payı olan “Qarabağ”dı - 12 dəfə.
“İnter” 8-ci dəfə rəqib meydanında qalib gəlibsə, “Neftçi”nin 5 belə uğuru var.
Rəqib meydanında qələbə qazanmağı bacaran digər 5 komanda hərəyə 1 dəfə sevinib.
Qeyd edək ki, ilk səfər qələbəsi 1999-cu ilə təsadüf edib. Həmin il iyunun 20-də “Qarabağ” İntertoto kubokunun I mərhələsində İsrail “Makkabi”sindən güclü olub. Təmsilçimiz Hayfa klubunu 2:1 hesabı ilə yenib.