[b]3 oyunda 12 qol[/b]
21.04.2016 - 19:32
[b]3 oyunda 12 qol[/b]

Futbol üzrə Azərbaycan I Divizionunda XXIII turun daha 3 oyunu keçirilib. Apasport.az saytının məlimatına görə, ilk üçlükdə qərarlaşmış “Ağsu” öz meydanında “Şərurspor”a uduzub.

 

“Turan Tovuz” isə “Energetik”i səfərə çıxmağına peşman edib – 5:0.

 

“Mil-Muğan” – “Bakılı” görüşündə birincilər 2 cavabsız qola seviniblər.
 

 

Birinci Divizion

XXIII tur


“Ağsu” - “Şərurspor” – 2:3
Qollar: Elnur Mustafazadə, 30; İsa Cəbiyev, 35 - Rəhman Musayev, 31, 61; Fariz Nəcəfov, 52

“Turan Tovuz” - “Energetik” – 5:0 
Qollar: Tuqay Alhüseynli, 25; İlkin Rzayev, 33; Azər  Məmmədov, 45, 54, 90

“Mil-Muğan” - “Bakılı” – 2:0
Qollar: Bayram Əliyev, 16; Səccad Kerman, 23