17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2018-in seçmə mərhələsindəki rəqibləri tanış komandalardı. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin payızında qarşılaşacağımız Ukrayna, Bolqarıstan və İrlandiya ilə indiyədək 7 dəfə görüşmüşük.
Yalnız sonuncularla 1 matç baş tutub. 2006-cı ildə yığmamız 0:2 hesabı ilə uduzub.
Ukraynalılarla 3 qarşılaşmadakı qazancımız isə 2 xal olub. 1999-cu ildə 0:2 hesabı ilə uduzan futbolçularımız 2002-ci ildə 3:3, 2011-ci isə 0:0 hesablı heç-heçəylə kifayətlənib.
Bolqarıstan isə daha münasib rəqib sayılır. Düzdü, sonuncu – 2012-ci ildəki görüşdə 1:4 hesabı ilə uduzmuşuq. Əvəzində 2008-ci ildə yığmamız 3:1 hesabı ilə qalib gəlib. 1998-ci ildə isə rəqiblər hərəyə 1 qolla 1 xal qazanıb.