[b]4 dövrədə 4 “abunə”[/b]
21.05.2016 - 11:52
[b]4 dövrədə 4 “abunə”[/b]

Topaz Premyer Liqasında başa çatan mövsümünün 4 cütündə eyni komanda rəqibi ilə bütün oyunlarda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, “İnter”in sabiq prezidenti Georgi Nikolovun “abunəçi” kimi dəyərləndirdiyi rəqiblər digər komandaya 4 dəfə uduzub.

 

Heç bir komanda iki belə asan rəqibə malik olmayıb. “Abunəçi”si olanlar “Qarabağ”, “Kəpəz”, “Zirə” və “İnter”di. Sonuncular “Rəvan”dan 12 xal alıbsa, digər üç komanda eyni rəqibi – “Xəzər Lənkəran”ı xalsız qoyub.

 

Ən böyük üstünlük də “İnter”in hesabındadı. “Bankirlər” paytaxt derbisində rəqibindən ümumi hesabda 10 top öndə olub – 11:1.

 

“Neftçi” “Sumqayıt”la ilk 3 matçda qalib gəlsə də, sonuncu dövrədə “abunəçi”sini itirib - 2:1, 2:1, 1:0, 1:2. Eyni hal “Qarabağ”ın “Rəvan”la matçlarında da qeydə alınıb – 1:0, 2:1, 5:1, 1:2.

 

Topaz Premyer Liqasında 2015/16 mövsümünün “abunəçiləri”

 

“Qarabağ” – “Xəzər Lənkəran” – 1:0, 1:0, 3:0, 2:1

“Xəzər Lənkəran” – “Zirə” – 0:1, 0:1, 0:2, 0:1

“Kəpəz” – “Xəzər Lənkəran” – 1:0, 1:0, 2:0, 3:0

“İnter” – “Rəvan” – 2:0, 2:0, 3:1, 4:0

0