[b]4 ilə 4,6 milyard avro[/b]
10.06.2016 - 11:20
[b]4 ilə 4,6 milyard avro[/b]

Avropada tribunalara ən çox azarkeş cəlb edən Almaniya Bundesliqasının yayım hüququ rekord məbləğə satılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya Futbol Federasiyası yayımla bağlı 3 kanalla müqavilə bağlayıb.

 

Belə ki, “Sky Sport”, “Eurosport” və ARD şirkətləri 2017-18 mövsümündən 2020-21 mövsümünə qədər, yəni Bundesliqanın 4 illik yayım paketini alıblar. Anlaşmaya əsasən, “Sky Sport” yayım hüququnun 85 faizinə sahib olacaq. Azarkeşlər şənbə və bazar günü baş tutacaq bütün görüşləri məhz bu telekanaldan izləyə biləcəklər. Eyni zamanda II Bundesliqanın matçları da “Sky Sport”un vasitəsilə çəkiləcək.

 

“Eurosport” yalnız cümə günkü oyunları canlı təqdim edəcək. ADF isə ZDF-lə razılıqlı şəkildə şənbə-bazar günləri 1 matçı şifrəsiz yayımlayacaq.

 

Bu 4 mövsümlük yayım hüququna görə, Bundesliqa klubları 4,6 milyard avro qazanc əldə edəcəklər. Bu isə hazırkı müqavilədən 85 faiz çox deməkdi.