[b]4 illik “Het-trik”[/b]
12.11.2016 - 00:00
[b]4 illik “Het-trik”[/b]

“Het-trik news” qəzetinin 4 yaşı tamam olub. Apasport.az saytının məlumatına görə, qəzet ilk dəfə 2012-ci ilin 11 noyabrında işıq üzü görüb.

 

Geridə qalan müddətdə “Het-trik news” maraqlı yazıları və müsahibələri, özəl araşdırmaları ilə oxucuların rəğbətini qazanmağı bacarıb. Xüsusilə də, eksklüziv layihələri ilə daim oxucuları təəccübəndirməyi bacaran mətbu orqanı artıq 4 ildir ki, idmansevərlərin vazkeçilməzlərindən biridir.

 

Apasport.az saytının kollektivi olaraq, biz də qəzetdə çalışan həmkarlarımızı bu münasibətlə təbrik edir, geniş oxuyucu kütləsi arzulayırıq.