[b]4 qat ölkə çempionu vəfat edib[/b]
09.02.2017 - 10:55
[b]4 qat ölkə çempionu vəfat edib[/b]

SSRİ millisinin və Kiyev “Dinamo”sunun sabiq qapıçısı Viktor Çanov vəfat edib. Apasport.az saytının məlumatına görə, 58 yaşlı futbol veteranı fevralın 8-də axşam saatlarında ölüb.

 

Zəngin karyeraya malik Çanov futbolçu kimi “Şaxtyor”, “Dinamo”, “MOİK-Borisfen”, həmçinin İsraildə Hayfa “Makkabi”si və “Bney Yehuda”da çıxış edib. 3 dəfə SSRİ, 1 dəfə İsrail çempionu olan qapıçı ittifaq kubokunun 5 qat qalibidi.

 

1986-cı ildə Kuboklar Kubokuna yiyələnən “Dinamo”nun qolkiperi olan əlcək sahibi 1988-ci ildə SSRİ yığması ilə AVRO-1988-in gümüşünə yiyələnib. O, 1982-1990-cı illərdə çıxış etdiyi yığmada 21 matçda cəmi 8 qol buraxıb.

 

Qeyd edək ki, Çanov məşqçilik karyerasında “MOİK-Borisfen”ə rəhbərlik edib və Kiyev “Dinamo”sunda qapıçılarla işləyib.