DÇ-2018-in seçmə mərhələsinin Norveçlə Oslodakı qarşılaşması bəzi məqamlarla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, bunların “4” rəqəmi ilə ifadə olunması maraq doğurur.
“4”lərlə bağlı ən diqqətçəkən 4 məqam isə “Ulleval”dakı 0:2-nin doğurduğu nüanslardı.
Ardıcıl 4-cü. Yığmamız DÇ-2018-in seçmə mərhələsində ardıcıl 4-cü dəfə uduzdu. Şimali İrlandiyaya səfərdə 0:4, Almaniyaya evdə 1:3 və britaniyalılara Bakıda 0:1 hesabı ilə uduzan komandamız seçmə matçlarındakı xalsız seriyanı 4-ə çartdırıb.
Norveçlə 4-cü. Millimiz tarixində 4-cü dəfə bu rəqibə məğlub oldu. 6-cı dəfə qarşılaşdığımız yığmada DÇ-1998-in seçmə mərhələsində 0:5 və 0:1, AÇ-2016-nın yolunda 0:1 hesabı ilə uduzmuşdu. Bu rəqibdən iki dəfə xal almışıq. Ötən tsikldə səfərdə 0:0, cari seçmə mərhələdə evdə 1:0 hesabına sevinmişik.
Avtoqol da 4-cüdü. Azərbaycan millsinin kapitanı Rəşad Sadıqov yığma karyerasında 4-cü dəfə topu öz qapımıza vurub. Bir dəfə yoxlama oyunu, iki dəfə AÇ seçmə matçında uğursuzluğa üzülən antirkordçu bu dəfə DÇ-yə gedən yolda üzülüb.
Əldən gedən 4-cü. Yığmamız Osloda uduzmaqla 4-cü yeri əldən verib. Tarixinin ən yaxşı startına imza atan və ilk 3 qarşılaşmada 7 xalla iddiasını ortaya qoyan komandamız 4-ü dəfə uduzub. Bununla da 5-ci sıraya yuvarlanan Robert Prosineçkinin yetirmələri Norveçdən də geri düşüb.