[b]50-ci qələbə[/b]
04.02.2017 - 11:18
[b]50-ci qələbə[/b]

“Qəbələ” ukraynalı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında yubiley qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVI turunun “Neftçi” ilə oyunundakı 1:0 hesablı qələbə mütəxəssisin postunda 50-ci uğuru olub.

 

2015-ci ilin yanvarından əyalət klubuna başçılıq edən Qriqorçuk 37 dəfə Premyer Liqa, 8 dəfə Avropa Liqası, 5 dəfə ölkə kubokunda qələbə sevinci yaşayıb. O, komandasını ümumilikdə 106 qarşılaşmaya çıxarıb. Bu müddətdə yetirmələri 50 qələbədən başqa, 28 heç-heçə və eyni sayda məğlubiyyət yaşayıb.

 

Qeyd edək ki, yubiley qələbəsi Qriqorçukun hakim tərəfindən texniki zonadan kənarlaşdırılması ilə başa çatıb.