[b]5 min azarkeş izlədi, “AzNar” qol vura bilmədi[/b]
01.05.2017 - 17:05
[b]5 min azarkeş izlədi, “AzNar” qol vura bilmədi[/b]

Göyçayın yeni yaradılan “AzNar” futbol komandası həvəskarlar liqasında Bakı təmsilçisi “Şıxlar”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş Göyçay şəhər stadionunda baş tutub.

5 minə yaxın azarkeşin izlədiyi oyun gərgin idman mübarizəsi şəraitində keçib. “AzNar”ın futbolçuları paytaxt komandasının qapısı qarşısında bir neçə dəfə real qol vurmaq imkanı yaratsalar da, hesab açılmayıb – 0:0.                                           

Qeyd edək ki, “AzNar” komandasının oyunçuları Göyçay şəhərində və kəndlərində yaşayan gənclərdən ibarətdi. Komandanın formalaşdırılması üçün rayonda bir neçə seçim mərhələsi təşkil edilib və ümumilikdə 500-dən çox müraciət edən gənc arasından ən istedadlı və bacarıqlı futbolçular seçilərək, komandaya cəlb olunub.

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan futbol komandasının fəaliyyəti, təlim-məşq toplanışları üçün Göyçay şəhər stadionunda əsaslı təmir-bərpa işləri görülüb.