[b]5 oyun 4 qələbə[/b]
10.02.2017 - 00:15
[b]5 oyun 4 qələbə[/b]

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən “qırmızı-qaralar” son bir həftədə 5 qarşılaşmaya çıxıb.

 

4 matçda qələbə qazanan komandalar yalnız bir heç-heçə edib. 

 

U-19 evdə “İnter”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. 18 oyundan sonra hesabında 41 xal olan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

 

U-17 də “İnter”lə üz-üzə gəlib və 2 cavabsız qolla qələbə qazanıb. 15 matçda 38 xal toplayan “Qəbələ” 2-ci pillədə yer alıb.

 

“Turan”ın qonağı olan U-16 isə səfərdən böyükhesablı qələbə ilə qayıdıb – 6:1. Bunadək “Ağsu”nu 8 cavabsız qolla məğlub edən “qırmızı-qaralar” 14 oyunda 28 xal toplayaraq 3-cü pillədədir. 

 

U-15 öz meydanında “Kəpəz”lə görüşüb. Komanda 3 xalı 3 qolla qazanıb – 3:1. 14 matçda 40 xal toplayan “Qəbələ” yarışın vahid lideridir.