[b]6-cı mövsümdə yubiley qolu[/b]
01.05.2017 - 10:43
[b]6-cı mövsümdə yubiley qolu[/b]

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov “Sumqayıt”in tarixinə düşüb. Apasport.az saytı xəbər verir ki, o, komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub.

 

Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdilər. “Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıblar. “Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan “Sumqayıt” evdə 114 top buraxıb.

 

Qeyd edək ki, “Sumqayıt” 2011-12 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.