Azərbaycan millisi seçmə mərhələlərdə 7-ci dəfə penalti şansı qazanıb. Apasport.az saytının məlumatına görə, bu hadisə DÇ-2018-in seçmə mərhələsinin Çexiya ilə Bakıdakı görüşünə təsadüf edib.
Yığmamız 1:2 hesabı ilə uduzduğu qarşılaşmada rəqib qapısına 11 metrlik zərbədən yol tapıb. Əfran İsmayılov bu imkandan dəqiq istifadə edib.
Bunadək yığmamız seçmə oyunlarında 6 belə şans qazanmışdı. Nazim Süleymanov 2, Qurban Qurbanov, Mahir Şükürov və Vadim Vasilyev hərəyə 1 imkanı qola çeviribsə, Kamal Quliyev şansı qaçırnışdı. Bununla da yığmamız 7 zərbədən 6-da dəqiq olub. Penaltidən istifadə faizi 85,7-yə bərabərdi.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO