“Mançester Siti” klubunun yeni transferi Benjamin Mendi futbol tarixinin ən bahalı müdafiəçisi olub. Apasport.az saytının məlumatına görə, “Monako”dan 58,1 milyon avroya keçən futbolçu bununla, dünyanın ən bahalı rəmzi yığmasına düşüb.
O, çıxış etdiyi sol cinahın rekordçusu Lük Şounu arxada qoyub. “Mançester Yunayted”in “Sauthempton”dan aldığı müdafiəçinin dəyəri 37,5 milyon avro idi.
Bununla, Mendi hər mövqe üzrə ən bahalı transferlərin yer aldığı komandaya daxil edilib. Burada yer alan “11-liy”in ümumi qiyməti təxminən 786 milyon avrodu.
Qapıçı
Canluici Buffon (Yuventus) – 52 milyon avro
Mərkəz müdafiəçiləri
Con Stounz (Mançester Siti) – 55,6 milyon avro
David Luis (Çelsi) – 49,6 milyon avro
Sağ cinah müdafiəçisi
Kayl Uoker (Mançester Siti) – 57 milyon avro
Sol cinah müdafiəçisi
Bencamin Mendi (Mançester Siti) – 58,1 milyon avro
Dayaq yarımmüdafiəçisi
Temue Bakayoko (Çelsi) – 45 milyon avro
Mərkəz yarımmüdafiəçisi
Pol Poqba (Mançester Yunayted) – 105 milyon avro
Hücumameylli yarımmüdafiəçi
Hames Rodriges (Bavariya) – 79,8 milyon avro
Mərkəz hücumçusu
Qonzalo İquayn (Yuventus) – 90 milyon avro
Sağ cinah hücumçusu
Qaret Beyl (Real) – 100 milyon avro
Sol cinah hücumçusu
Kriştianu Ronaldo (Real) – 94 milyon avro
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi