[b]7 qol vurub, Azərbaycan yığmasını yada saldılar[/b]
09.06.2016 - 17:29
[b]7 qol vurub, Azərbaycan yığmasını yada saldılar[/b]

Avropa çempionatına hazırlaşan Portuqaliyanın yoldaşlıq matçında Estoniyanı 7:0 hesabı ilə məğlub etməsi bu komandanın illər öncə Azərbaycan yığması ilə görüşünü yada salıb. Apasport.az saytı xəbər verir ki, estonlar üzərində qalibiyyət Portuqaliya yığmasının tarixi ərzində 7:0 hesabı ilə əldə etdiyi 4-cü qələbə olub.

 

Belə ki, bu ölkənin mətbuatı yığmalarının 7:0 hesablı qələbələri ilə bağlı yazı dərc edib. “Avropanın Braziliyası” bundan öncə 3 dəfə eyni hesablı qalibiyyətə sevinib. Əfsuslar olsun ki, portuqallar həmin aqibəti illər öncə, Azərbaycan millisinin də başına gətiriblər.

 

1999-cu ildə Gimaraeşdə baş tutmuş qarşılaşmada Portuqaliya yığmamızın qapısından 7 cavabsız top keçirib. Eynihesablı digər qələbələrə isə komanda Lixtenşteyn və Şimali Koreya ilə matçlarda nail olub.

 

Qeyd edək ki, Portuqaliya yığmasının tarixində ən böyükhesablı qələbəsi isə 8:0 hesabı ilə olub. Onlar bu nəticəyə 2 dəfə Lixtenşteyn, 1 dəfə isə Küveytlə matçda imza atıblar.