“Sumqayıt” “Neftçi” ilə səfər oyunlarındakı uğursuz seriyaya son qoyub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının VI turunun qarşılaşmasında 2:1 hesabı ilə qalib gələn “Gənclik şəhəri” təmsilçisi 891 gündən sonra paytaxt təmsilçisinin meydanında sevinib.
2014-cü il aprelin 20-də Bakıda 3:1 hesabı ilə qalib gələn qonaqlar sonrakı 4 matçda yalnız 1 xal qazanmışdı.
“Sumqayıt” cari mövsümdəki qələbəsizliyə də son qoyub. İlk turun avqustun 6-da “Zirə” ilə səfər matçında 1:0 hesabı ilə qalib gələn Samir Abasovun yetirmələri 52 gündən sonra 3 xal qazanıb. Bunadək komanda son 4 matçda qələbə qazanmağı bacarmamışdı.
- PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”