[b]896 günlük həsrət Qəbələdə başa çatdı[/b]
29.10.2016 - 18:00
[b]896 günlük həsrət Qəbələdə başa çatdı[/b]

Topaz Premyer Liqasının X turunun “Qəbələ” ilə oyunu “Neftçi”nin futbolçusu Mahir Şükürovun qayıdışı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı cinah oyunçusu 896 gündən sonra Premyer Liqa matçında meydana çıxıb.

 

Mahir 1:4 hesablı məğlubiyyətədək sonuncu dəfə 2013/14 mövsümündə, 2014-cü il mayın 17-də “Simurq”la səfər matçında iştirak etmişdi. O, qolsuz heç-heçədən sonra Premyer Liqadakı növbəti matçını 896 gün gözləməli olub.

 

2 il 5 aydan artıq müddətdə “Neftçi”dən kənarda qalan futbolçu bir müddət “Karşıyaka”da çıxış edib.

 

Onun Türkiyə klubundakı son rəsmi matçı 2015-ci il yanvarın 4-də baş tutub. “Kayserispor”la ev görüşündəki 2:1 hesablı qələbədən sonra 664 gün yaşıl meydanlara qayıdışı gözləyib.