[b]927 milyon avroluq maaş[/b]
07.09.2016 - 13:36
[b]927 milyon avroluq maaş[/b]

İtaliya A seriyasında çıxış edən klubların cari mövsüm üçün maaş xərcləri açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, futbolçulara ən çox pul verən klub “Yuventus”du.

 

Turin təmsilçisi bir il ərzində bütün oyunçularına ümumilikdə 145 milyon avro məvacib verir. Bu baxımdan ikinci olan “İnter” büdcəsindən hər il 120 milyon xərcləyir. “Roma” 3-cü (92 milyon), “Milan” 4-cü (80 milyon), “Napoli” isə 5-ci pillədə (75 milyon) qərarlaşır. Maaşa görə ən xərcə düşən klublar “Krotone” (14 milyon), “Empoli” (15,5 milyon) və “Peskara”dı (16,5 milyon).

 

İtaliya klubları ümumilikdə bu mövsüm futbolçulara 927 milyon avro maaş ödəyəcəklər. Bu isə ötən mövsümkü xərcdən 45 milyon avro çoxdu.