[b]9 illik və ya 15 oyunluq həsrət[/b]
23.04.2016 - 00:15
[b]9 illik və ya 15 oyunluq həsrət[/b]

Topaz Premyer Liqasının XXXI turunda səfərdə “Qarabağ”a məğlub olan “İnter” (0:2) bu rəqib qarşısında uğursuz oyunların sayını bir matç da artırıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 2007/08 mövsümündə 2007-ci ilin oktyabrın 28-də səfərdə “Qarabağ”ı xalsız qoyan “bankirlər” (1:0) o vaxtdan bəri 9 ildi ki, rəqib meydanında 3 xala həsrətdi.

 

Bu müddətdə ağdamlılarla onun meydanında 15 matça çıxan paytaxt klubu bu qarşılaşmalardan 6-da heç-heçə oynayıb, 9 matçda isə meydanı başıaşağı tərk edib.

 

Maraqlıdı ki, 15 matçlıq uğursuz seriyanın 2-si məhz cari mövsümə təsadüf edir. 2015/16 mövsümündə 4 dəfə qarşılaşan rəqiblərin oyununda Qurban Qurbanovun yetirmələri 3 qələbə qazanıb, bir görüş isə bərabərliklə yekunlaşıb.

 

 

03.05.2009

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:1

17.02.2010

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:1

27.03.2010

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:1

04.12.2010

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

24.04.2011

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

14.08.2011

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

05.05.2012

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

03.03.2013

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:0

13.04.2013

Qarabağ (Ağdam) - İnter (Bakı)

3:2

20.12.2013

Qarabağ (Ağdam) - İnter (Bakı)

2:0

07.05.2014

Qarabağ (Ağdam) - İnter (Bakı)

4:1

16.08.2014

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:0

02.04.2015

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:0

06.12.2015

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

22.04.2016

Qarabağ (Ağdam) - İnter (Bakı)

2:0