[b]“...qələbəni çətinliklə əldə etdik” – “Qəbələ”nin məşqçisi[/b]
23.04.2016 - 19:26
[b]“...qələbəni çətinliklə əldə etdik” – “Qəbələ”nin məşqçisi[/b]

“Qələbə qazandığımız üçün sevinirik. İlk yarıda hesabı artırmaq üçün xeyli qol imkanı da yaratdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Mixaylo Savka deyib.

 

Topaz Premyer Liqasının XXXI turunda səfərdə “Xəzər Lənkəran”a qalib gələn qəbələlilərin köməkçi məşqçisi fikirlərini bölüşüb: “Çempionatın sonunda bütün komandalar xal hesabını artırmaq istəyir. Bu üzdən hər oyun çətin olur. Nəticədən razı qaldıq. İlk yarıda imkanlardan istifadə etsəydik, hesabı artırıb, oyunu sakit tərzdə sona çatdıra bilərdik. Lakin bir az uğur çatmadı ki, imkanı qola çevirək. Deməzdim ki, qələbəni çətinliklə əldə etdik. İlk yarıda əldə etdiyimiz 3-4 qol imkanından yararlansaydıq, matçın taleyini fasiləyədək həll etmiş olardıq. “Xəzər Lənkəran”ın isə qapımız önündə real qol vəziyyəti yaratdığını xatırlamıram”.

0