[b]“3-4 real qol şansımız olsa da, bundan yararlanmadıq” – Ayxan Abbasov[/b]
01.04.2018 - 17:46
[b]“3-4 real qol şansımız olsa da, bundan yararlanmadıq” – Ayxan Abbasov[/b]

"Gərgin, maraqlı oyun alındı”. Apasport.az saytı “Zirə”nin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu sözləri qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz”lə səfər oyunu (0:0) barədə fikirlərini açıqlayıb: “Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar. Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bundan yararlanmadıq. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və yetirmələrimdən razı qaldığımı deyə bilərəm".