[b] “Kəpəz” baxa-baxa qaldı[/b]
13.01.2017 - 12:15
[b] “Kəpəz” baxa-baxa qaldı[/b]

“Real”ın bütün turnirlərdə keçirdiyi oyunlardakı məğlubiyyətsizlik seriyasının 40-a çatması UEFA Avropanın bu göstəricidə ən yaxşılarını açıqlamağa məcbur edib. Apasport.az saytının məlumatına görə, qurum beynəlxalq və daxili yarışlarda ən azı 40 matçı məğlubiyyətsiz keçirənlərin adlarını müəyyənləşdirib.

 

“Real” buna nail olan 9-cu komanda kimi tarixə düşüb. Madridlilər İngiltərə rekordçusu “Nottinhem Forest”lə eyni göstəriciyə malikdi. Sonuncular 1978-ci ildə ardıcıl 40 dəfə uduzmayıb.

 

Avropanın ən yaxşısı isə “Seltik”di. Şotlandiyalılar 1915-17-ci ildə 62 oyunluq seriyaya imza atıb. 100 illiyi olan bu seriya Belçika təmsilçisi “Union”u cəmi 2 matç arxada qoyur. Bu komanda 1933-35-ci illərdə 60 görüşdə heç kimə boyun əyməyib.

 

“Benfika” 48 oyunla (1963-65) 3-cüdü. İtaliya “Yuventus”u 2011-12, Zaqreb “Dinamo”su 2014-15-ci illərdə 43 matçlıq seriya ilə fərqlənib. “Milan”ın 1991-92, “Ayaks”ın 1994-95-ci illərdəki seriyaları isə 42 qarşılaşmanı əhatə edib.

 

Azərbaycan klubları isə bu nəticəyə baxa-baxa qalıb. Çünki təmsilçilərimiz ən yaxşı halda avrokubokdan avrokuboka qədər məğlubiyyətsiz qalıb. Əcnəbilər önünə çıxanda isə meydanı başıaşağı tərk edib. Əslində, bunu da yalnız bir komanda bacarıb. 1997/98 mövsümündə “Qızıl dubl” edən “Kəpəz” çempionat və kubokdakı 35 matçda uduzmasa da, qitə kuboklarındakı uğursuzluqlar seriyanı böyüməsinə imkan verməyib.