[b]“Ağ-qaralar” yubiley arzusunda[/b]
25.02.2017 - 11:03
[b]“Ağ-qaralar” yubiley arzusunda[/b]

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Türkiyə klubu “Beşiktaş”ın növbəti rəqibi “Olimpiakos” olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/8 final mərhələsi rəqiblər arasında ilk duel olacaq.

 

Belə ki, bu iki komanda indiyədək avrokuboklarda üz-üzə gəlməyib. Lakin “Beşiktaş” Yunanıstan, “Olimpiakos” isə Türkiyə klubları ilə bir neçə dəfə üz-üzə gəlib.

 

İstanbul klubu 2014-cü ilin payızında “Asteras”la eyni qrupda çıxış edib. Həmin matçlarda qalib müəyyənləşməyib. Hər iki görüşdə qollu heç-heçə qeydə alınıb.

 

1/16  finalda “Osmanlıspor”u mübarizədən kənarlaşdıran “Olimpiakos” isə “Qalatasaray”la da 3 dəfə qarşılaşıb. Bu 5 görüşdə 1 bərabərlik qeydə alınıbsa, tərəflər hərəyə 2 qələbəyə sevinib. Özü də bütün qələbələr quru hesablı olub.

 

Ümumilikdə isə iki ölkə təmsilçiləri avrokuboklarda 21 dəfə görüşüb. 9 dəfə Türkiyə, 5 dəfə Yunanıstan klubları qalib gəlib. 7 oyun heç-heçə bitib. “Ağ-qaralar”ın matçında 10-cu – yubiley qələbəsinin astanasında olan qonşularımız 24 top vurub, 20-ni buraxıb.

 

1995/96, İntertoto kuboku

“Bursaspor” – OFİ – 2:1

2002/03, UEFA kuboku

“Fənərbaxça” – “Panatinaikos” – 1:1, 1:4

2003/04, Çempionlar Liqası (qrupda)

“Qalatasaray” – “Olimpiakos” – 1:0, 0:3

2004/05, UEFA kuboku

“Eqaleo” – “Gənclərbnirliyi” – 1:0, 1:1

2006/07, İntertoto kuboku

“Larisa” – “Kayserispor” – 0:0, 0:2

2007/08, UEFA kuboku (qrupda)

“Panionios” – “Qalatasaray” – 0:3

2008/09, UEFA kuboku (qrupda)

“Qalatasaray” – “Olimpiakos” – 1:0

2009/10, Avropa Liqası (qrupda)

“Panatinaikos” – “Qalatasaray” – 1:3, 0:1

2010/11, Avropa Liqası

PAOK – “Fənərbaxça” – 1:0, 1:1

2014/15, Avropa Liqası (qrupda)

“Beşiktaş” – “Asteras” – 1:1, 2:2

2015/16, Avropa Liqası

“Atromitos” – “Fənərbaxça” – 0:1, 0:3

2016/17, Avropa Liqası

“Osmanlıspor” – “Olimpiakos” – 0:0, 0:3