[b]“Ağır olsa da, işimiz budu”[/b]
19.01.2016 - 13:39
[b]“Ağır olsa da, işimiz budu”[/b]

“Yevlax toplanışında bizim üçün vacib olan fiziki durumu yaxşılaşdırmaq idi. Yaxşı çalışdıq, hazırlıq əla keçdi. Qarşıda toplu məşqlər var”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Tural Nərimanov deyib.

 

Təcrübəli müdafiəçi klubun rəsmi saytına açıqlamasında Yevlaxda keçirilən təlim-məşq toplanışını dəyərləndirib: “Gündə iki məşq etdik. Əlbəttə ki, ağır idi. Fiziki yükləmələrin olacağını əvvəlcədən də bilirdik. Nə qədər ağır olsa da, işimiz budu. Çalışdıq ki, üzərimizə düşən işin öhdəsindən gələk. Çempionata maksimum şəkildə hazır olmalıyıq”.

 

Bir həftəlik toplanış müddətində “Kəpəz” iki yoxlama oyunu keçirib. “Sarı-göylər” öncə Yevlaxda əvəzedici heyətlə, daha sonra isə Bakıda “Qaradağ Lökbatan”la qarşılaşıblar. İlk matçda 6:0 hesabı ilə qələbə qazanan komanda paytaxtda 1:2 hesabı ilə uduzub. Nərimanov oyunlarla bağlı bunları deyib: “Bu mərhələdə keçirilən yoxlama görüşlərinin nəticəsi önəm kəsb etmir. Yorğun ola-ola meydana çıxdıq. Əsas fiziki durumu yoxlamaq idi. Bizə taktiki-texniki hazırlıq dövründəki oyunlarda özümüzə inamı artırmaq üçün qələbələr lazımdı”. 

0