[b]“Anderlext” çox gücsüz görünür, sanki bataqlıqdadı”[/b]
21.11.2016 - 17:07
[b]“Anderlext” çox gücsüz görünür, sanki bataqlıqdadı”[/b]

“Anderlext” hazırda çox gücsüz görünür, klub sanki bataqlıqdadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika yığmasının sabiq futbolçusu Mark Hendriks deyib.

 

Belçika çempionatının cari mövsümündə gözlənilən səviyyədə çıxış etməyən “Anderlext” son turda “Zulte-Varegem”ə uduzduğundan, tənqid hədəfinə çevrilib. Yerli futbol ictimaiyyəti komandanın Avropa Liqasında (AL) da uğur əldə edəcəyinə inanmamağa başlayıb.

 

AL-də “Qəbələ”nin rəqiblərindən olan “Anderlext”in hazırkı durumu klubun keçmiş yarımmüdafiəçisi Hendriksi də narahat edir: “Başa düşmürəm ki, “Anderlext” bu mövsüm niyə özünə bənzəmir? Məncə, problem klubun idarəçiliyindədi. Rəhbərlik öz işini düzgün görə bilmir. Komandada bəzi futbolçuların layiqli əvəzləyiciləri yoxdu. Bu da sıx qrafikdə keçirilən oyunlar zamanı problem yaradır”.

 

Qeyd edək ki, Hendriks 2001-2004-cü illərdə “Anderlext”in formasını geyinib.