[b]“Anderlext”in futbolçuları heç kimdən qorxmurlar”[/b]
24.11.2016 - 11:13
[b]“Anderlext”in futbolçuları heç kimdən qorxmurlar”[/b]

“Düzdü, “Anderlext” hazırda Belçika çempionatında gözlənilən nəticəni vermir. Amma komanda son 3 ildə Avropada özünü ən yaxşı tərəfdən göstərir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Anderlext”in sabiq futbolçusu Qiyom Jille deyib.

 

Hazırda “Nant” klubunun formasını geyinən 32 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qəbələ”nin qonağı olacaq “Anderlext”in hazırkı durumunu dəyərləndirib.

 

Jille bildirib ki, “Anderlext” Avropa klubları arasında rəqabəti bir qədər də gücləndirib: “Anderlext”in oyunçuları Avrokubokda heç kimdən qorxmurlar. Özüm də vaxtilə bu komandanın futbolçusu olmuşam. “Anderlext” Avropada rəqabəti bir qədər də artırır.

İndi də heyətləri güclüdü. Odu ki, yaxşı nəticə göstərəcəklərinə inanıram. Avropada bütün komandalar, hətta “Bavariya” və PSJ kimi rəqiblər də “Anderlext”ə hörmətlə yanaşırlar. Çünki “Anderlext” güclü komandalarla da layiqli mübarizə aparıb. Bu il də Avropa Liqasında işləri yaxşı gedir və bu, sözümün doğru olduğunu isbatlayır”.  

 

Qeyd edək ki, Jille 2008-2015-ci illərdə “Anderlext”in formasını geyinib.