[b]“Araz” Azərbaycan çempionu oldu[/b]
25.04.2016 - 10:52
[b]“Araz” Azərbaycan çempionu oldu[/b]

Futzal üzrə Azərbaycan çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Araz” bir mövsümlük fasilədən sonra yenə ölkənin ən yaxşısı olub.

 

Naxçıvan təmsilçisi bunu XIX turun “Xəmsə” ilə oyunundan sonra rəsmiləşdirib. 13:2 hesabı ilə qalib gələn Tino Peresin yetirmələrin sona iki tur qalmış xal hesabını 54-ə çatdırıblar.

 

“Ekol” “Playm Hold”u 15:2, “Neftçi” “Ağdam”ı 16:1 hesabı ilə məğlub etsə də, liderlə xal fərqini azalda bilməyiblər. Bu üzdən 8 xallıq üstünlüyə malik “Araz” ölkə çempionu titulunu və UEFA kubokuna vəsiqəni təmin edib.

 

Bu, “Araz”ın 11-ci çempionluğudu. 2004/05 mövsümündən ölkə futzalında hegemonluğa başlayan klub yalnız 1 dəfə - 2014/15 mövsümündə qızıl medal qazana bilməyib. Həmin vaxt “Xəzər adaları” çempion olduğundan 2014-cü ilin oktyabrından ölkəmizdə çalışan ispan mütəxəssis Tino Peres ilk qızılını indi qazanıb.

 

İl yarım həm yığma, həm “Araz”ı çalışdıran mütəxəssis bir müddət millidən ayrılıb, klubu mövsümün sonunadək çalışdırmağa qərar verib. Bu isə o deməkdi ki, Peres Azərbaycandan çempion kimi gedəcək.

 

 

 

1

Araz

19

18

0

1

198-25

54

2

Ekol

19

15

1

3

165-41

46

3

Neftçi

19

15

1

3

180-43

46

4

Xəmsə

19

12

0

7

118-103

36

5

Sabirabad

19

4

1

14

56-195

13

6

Praym Hold

19

3

2

14

62-151

11

7

Ağdam

19

3

1

15

47-157

10

8

Qarabağ vet.

19

3

0

16

48-159

9