Azərbaycan çempionu “Araz” tarixində 9-cu dəfə UEFA kubokunun elit-raundunda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 3-cü dəfə “Dördlər finalı”na yüksəlmək niyyətində olan Naxçıvan təmsilçisi 2009/10 və 2013/14 mövsümlərindəki uğurunu təkrarlamağa iddialıdı.
İlk dəfə 2006/07 mövsümündə elit-raundda çıxış edən “Araz” əvvəlki 8 cəhddən ikisində qrup qalibi kimi mərhələ keçibsə, iki dəfə də 2-ci yerlə kifayətlənib. Üç dəfə, ö cümlədən elit-raunddakı ilk cəhddə 3-cü yeri tutan çempionumuz yalnız bir dəfə bu mərhələdə fiasko yaşayıb. Bu da iki il əvvəlki son çıxış zamanı yaşanıb. Həmin vaxt komandamız elit-raundu xalsız və sonuncu pillədə bitirib. Qrup qalibi olduğu vaxtlarda isə “Araz” hər üç qarşılaşmada qələbə qazanıb.
Qeyd edək ki, sabah başlayacaq mərhələdə “Araz” Xorvatiyanın “Nasional”, Rusiyanın “Yuqra” və “Hamburq” klubları ilə üz-üzə gələcək.
“Araz” elit-raundda
|
mövsüm |
O |
Q |
H |
M |
T/F |
X |
YER |
|
2006/07 |
3 |
0 |
1 |
2 |
8-12 |
1 |
3 |
|
2008/09 |
3 |
2 |
0 |
1 |
12-11 |
6 |
2 |
|
2009/10 |
3 |
3 |
0 |
0 |
18-4 |
9 |
1 |
|
2010/11 |
3 |
1 |
1 |
1 |
6-6 |
4 |
3 |
|
2011/12 |
3 |
1 |
1 |
1 |
10-9 |
4 |
2 |
|
2012/13 |
3 |
1 |
0 |
2 |
9-13 |
3 |
3 |
|
2013/14 |
3 |
3 |
0 |
0 |
17-6 |
9 |
1 |
|
2014/15 |
3 |
0 |
0 |
3 |
7-15 |
0 |
4 |