[b]“Araz”ın oyunu canlı yayımda[/b]
04.10.2017 - 14:51
Futzal üzrə ölkə çempionatının Yüksək Liqasının II turunun oyunlarının başlama saatında dəyişiklik edilib. Azərbaycan Futzal Federasiyasından apasport.az saytına verilən məlumata görə, turun açılış qarşılaşması olan “Yasamal” – “Araz” matçı CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Bununla əlaqədar olaraq, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi saat 15:00-da deyil, 14:30-da başlayacaq.
II tur
7 oktyabr
14.30 “Yasamal”- “Araz” (canlı, CBC Sport)
16.00 “İD.Futsal” - EKOL
17.45 “Marafon Futsal” – “Xəmsə”
Qeyd edək ki, bütün qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0