[b]“Arsenal” Alleqrini razı sala bilmədi[/b]
09.02.2017 - 14:00
[b]“Arsenal” Alleqrini razı sala bilmədi[/b]

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri ilə danışıq aparan “Arsenal” rəhbərliyinin istəyi baş tutmayıb. Apasport.az saytı “Daily Express” nəşrinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı ilə ortaq məxrəcə gəlmək mümkün olmayıb.

 

Tərəflər müqaviləsi məsələsində razılıq əldə edə bilməyiblər. Buna görə də, Alleqrinin mövsümün sonunda Londona köçməsinə ehtiyac qalmayıb.

 

Alleqrini razı sala bilməyən “topçular”ın hazırkı çalışdırıcı Arsen Vengerlə yeni müqavilə barədə danışıqlara başlayacağı gözlənilir.