[b]“Arsenal” milli üzvünü transfer etdi[/b]
14.04.2017 - 18:08
[b]“Arsenal” milli üzvünü transfer etdi[/b]

“Şalke”nin futbolçusu Sead Kolaşinats karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi “Arsenal”la anlaşıb.

 

Tərəflər arasında rəsmi müqavilə imzalandığı bildirilir. Kolaşinats yeni mövsümdən “topçular”ın formasını geyinəcək. Bu keçid London klubuna havayı başa gəlib. Belə ki, Bosniya və Herseqovina yığmasının üzvünün “Şalke” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

 

Qeyd edək ki, Sead Kolaşinatsın adı “Mançester Siti” ilə də birgə hallanırdı.