[b]“Arsenal”ı çempionluğa namizəd adlandıranda insanları gülmək tutur”[/b]
06.02.2017 - 14:50
[b]“Arsenal”ı çempionluğa namizəd adlandıranda insanları gülmək tutur”[/b]

“Vengeri dahi məşqçi kimi xatırlayacaqlar. Amma neçə ildi ki, “Arsenal” çempion ola bilmir”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Dieqo Forlana məxsusdu.

 

Uruqvay yığmasının keçmiş hücumçusu maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

 

İngiltərənin “Arsenal” klubu barədə fikirlərini bölüşən Forlan “topçular”ın son vaxtlar çempionluğa həsrət qalmaqlarını vurğulayıb. Onun fikrincə, London klubunun rəhbərliyinin baş məşqçi Arsen Vengerə əvəzləyici tapmaq vaxtı çatıb: “Venger barədə fikirlər dəyişib. Bu, çox məyusedicidi, axı o, əla mütəxəssisdi. “Arsenal”da uzun müddət çalışması məni heyrətləndirir. Amma nəsə çatışmır. Venger getməyincə, komanda vəziyyəti dəyişə bilməyəcək. Klubun psixologiyasında dəyişiklik olmalıdı. Bu isə baş məşqçidən asılıdı. Alınmırsa, deməli, yeni məşqçi lazımdı. Düzdü, “Mançester Yunayted”də Aleks Ferqyusonun gedişindən sonrakı məşqçi dəyişiklikləri fayda vermir. Amma “Arsenal”da bu, əksinə ola bilər. “Arsenal”ı çempionluğa namizəd adlandıranda insanları gülmək tutur. Çünki buna inanmırlar”.

 

Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko” və “İnter” kimi klubların formasını geyinmiş Forlan hazırda Hindistan təmsilçisi “Mumbai Siti”də çıxış edir.