Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində sabah “Arsenal”ın qonağı olacaq “Bavariya” problemlə üzləşib. Apasport.az saytı xəbər verir ki, Münhen klubunun qapıçısı Manuel Noyer matçı buraxa bilər.
Belə ki, 31 yaşlı qolkiperin əzələsində ağrı başlayıb. Bu səbəbdən Noyer komanda ilə birgə məşq edə bilməyib. Fərdi qaydada hazırlaşan çərçivə qoruyucusunun “Arsenal”la matçı buraxmaq ehtimalı yüksək dəyərləndirilir. Məşqçilər korpusunun bu durumda Noyerlə bağlı riskə gedəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma “Bavariya”nın 5:1 hesablı üstünlüyü ilə yekunlaşıb.