[b]“Astana”dan “Valensiya”ya[/b]
02.07.2017 - 18:10
“Astana”nın futbolçusu Nemanya Maksimoviç karyerasını La Liqada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə ispan klubu rəsmən açıqlama yayıb.
Bildirilib ki, Qazaxıstan təmsilçisinin 22 yaşlı oyunçusu ilə 5 illik müqavilə imzalanıb. Maraqlıdır ki, Maksimoviç “yarasalar”a pulsuz başa gəlib. Çünki onun “Astana” ilə müqaviləsi başa çatıb.
Qeyd edək ki, Serbiya millisinin də formasını geyinən Maksimoviç paytaxt təmsilçisinin heyətində 75 oyun keçirib və 12 qol vurub.
0
0