[b]“Astra” – “Zirə” matçına belaruslu hakim[/b]
10.07.2017 - 13:23
[b]“Astra” – “Zirə” matçına belaruslu hakim[/b]

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Astra” – “Zirə” matçının hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Rumıniyadakı qarşılaşmaya belaruslu hakimlər briqadasını göndərəcək.

 

Oyunda ədalət təmsilçisi Sergey Sinkeviç olacaq. Ona Vitali Malyutin və Yevgeni Romanov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 13-də “Marin Anastasoviçi” stadionunda keçiriləcək “Astra” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.