“Atletiko” gözlənilməz addım atıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisi “Barselona” ilə matçda qonaq komandanın azarkeşlərini stadiona buraxmamaq qərarı alıb.
Belə ki, La Liqanın VIII turunda “Barselona”nı qəbul edəcək “Atletiko”da kataloniyalı fanatların “Vanda Metropolitano” stadionuna girişinə qadağa qoyulub. Klub bilet almaq üçün müraciət edən “Barsa” azarkeşlərinin istəyini geri çevirib. Qərarın səbəbi kimi arenadakı logistik problem göstərilib. Lakin bunun Kataloniyadakı referendumla əlaqəli olduğu güman edilir.
Qeyd edək ki, “Atletiko” – “Barselona” qarşılaşması oktyabrın 14-də keçiriləcək.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO