“Atletiko” Dieqo Kostanın transferini həll edə bilib. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun “Çelsi” rəhbərliyi ilə ortaq məxrəcə gəlməsi mümkün olub.
“Zadəganlar” 29 yaşlı hücumçunu 60 milyon avro qarşılığında satmağa razılaşıblar. Kostanın bu gün “Atletiko”da tibbi müayinədən keçəcəyi bildirilir. O, yanvardan etibarən İspaniya təmsilçisinin formasını geyinəcək.
Kosta “Atletiko”da ən yüksək ödənişli futbolçu olacaq.
İspaniya yığmasının üzvü “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə konflikt yaşadığından, İngiltərəyə qayıtmaq istəmirdi. Öz növbəsində, italiyalı çalışdırıcı cari mövsümdə Kostanın xidmətinə ehtiyac duymadığını bildirmişdi.
Qeyd edək ki, “Atletiko” Kosta üçün yad deyil. O, 2010-2014-cü illərdə bu komandanın formasını geyinib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”