[b]“Atletiko”da yeni anlaşma[/b]
01.07.2017 - 22:49
[b]“Atletiko”da yeni anlaşma[/b]

“Atletiko” gənc yarımmüdafiəçisi Saul Niqeslə yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, “hindular” 22 yaşlı futbolçuyla müqavilə müddətini 2026-cı ilə kimi uzadıb.

 

Bu barədə Madrid təmsilçisi rəsmi açıqlama yayıb.

 

İspaniya gənclər millisinin üzvü peşəkar karyerası ərzində yalnız “Atletiko”da çıxış edib. Madrid “Real”ının yetirməsi olan Saul, 14 yaşında “Atletiko”nun akademiyasına qoşulub.

 

Qeyd edək ki, 2010-13-cü illər aralığında klubun B komandasında çıxış edən Niqes, 2012-ci ildən əsas komandaya dəvət almağa başlayıb. O, 2013/14 mövsümündə icarə əsasında “Rayo Valyekano”da çıxış edib.