[b]“Aue” 1 xal qazandı, Nazarov...[/b]
22.09.2016 - 02:14
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 6-cı turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Aue" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Arminiya" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Aue" 6 turdan sonra 7 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
0
0