[b]“Avropa Liqasında yaxşı formadayıq” – Yunus Mallı[/b]
31.10.2016 - 17:15
[b]“Avropa Liqasında yaxşı formadayıq” – Yunus Mallı[/b]

“Kubokda mübarizəni dayandırmağımız yaxşı olmadı. Amma irəli baxmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Maynts” klubunun futbolçusu Yunus Mallı deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Maynts” Bundesliqanın IX turunda öz meydanında “İnqolştadt”ı 2:0 hesablı məğlubiyyətə uğradıb. Oyunda hesabı Türkiyə yığmasının da üzvü olan Mallı açıb.

 

Almaniya mətbuatına açıqlama verən Yunus komandasının hazırkı vəziyyətini dəyərləndirib. O bildirib ki, ölkə kubokunda mübarizəni dayandırsalar da, Bundesliqa və Avropa Liqasında məqsədləri dəyişməyib: “İnqolştadt”la görüşdə vacib 3 xal qazandıq. İstədiyimizi edə bildik. Buna görə də xoşbəxtik. Öz aramızda sözü bir yerə qoyduq ki, irəliləmək lazımdı. “İnqolştadt”la matçda hesab 1:0 olanda da hücumlarımızı davam etdirdik. İkinci qolu axtardıq və buna nail olduq. Üzərimizdə əlavə təzyiq hiss etmirik. Belə baxanda, mövsümü pis keçirmirik. Vəziyyətimizi faciələşdirməməliyik. Bundesliqada, eləcə də Avropa Liqasında yaxşı formadayıq. Qələbə qazanmaq üçün yaxşı oyun göstərmək lazımdı”.

 

Qeyd edək ki, “Maynts” “Qəbələ” ilə Bakıda keçirdiyi ilk oyunda 3:2 hesablı qələbə qazanıb.

0