[b]“Azərbaycan millisi bizə təhlükəli vəziyyətlər yaratmağa imkan vermədi”[/b]
25.02.2016 - 18:47
[b]“Azərbaycan millisi bizə təhlükəli vəziyyətlər yaratmağa imkan vermədi”[/b]

“Azərbaycan yığması ilk dəqiqələrdən üstünlüyə yiyələndi. Nümayiş etdirdiyi oyuna görə rəqibimiz qələbəyə layiq idi”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının baş məşqçisi Sergey Matveyev Azərbaycanla oyundan sonra deyib.

 

O bildirib ki, millimiz ikinci görüşdə layiqli qələbə qazanıb: “Azərbaycan yığması bu matçda özünə daha çox güvənirdi. Müdafiədə də inamlı oynadılar və bizə təhlükəli vəziyyətlər yaratmağa imkan vermədilər. Komandamın çıxışına gəldikdə, bildiyiniz kimi, bir neçə gündən sonra Avropa çempionatının elit-raundunda mübarizəyə başlayacağıq. Ona görə də Bakıya gətirdiyim bütün futbolçulara oynamaq imkanı yaratdım. Nəticədə oyun intizamımız pozuldu”.

 

Qeyd edək ki, ruslarla ilk matçda 1:5 hesabı ilə uduzan millimiz ikinci görüşdə 1:0 hesabı ilə qələbə qazanıb.

Mənbə: affa.az