“Avropa çempionatının final mərhələsində elə komandalar var ki, onlar futbolda uğur qazanmayan ölkələri təmsil edir. Amma futzalda böyük komandalara malikdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyada keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin təşkilat komitəsinin direktoru Zdravko Yokiç deyib.
O, bu ilin fevralında keçiriləcək yarışla bağlı müsahibə verib. Yokiç çempionatın favoritlərini açıqlayaraq, Azərbaycan millisini də medallara namizəd kimi göstərib: “Belə yığmalar kimi Azərbaycan və Qazaxıstanı qeyd edə bilərəm. Onların hər ikisinin heyətində xeyli sayda braziliyalı oyunçu yer alıb. Avropa çempionatının qızıl medallarına əsas namizədlər İspaniya, İtaliya və Rusiyadı. Amma cənubi amerikalılara güvənən Azərbaycan və Qazaxıstan millilərinin ön sıralara keçərək, uğur qazanması da məni təəccübləndirməz”.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi fevralın 2-də start götürəcək.