[b]“Azərbaycan yığmasına qarşı oynamaq çox çətin olacaq” - Tyerri Sique [/b]
08.04.2016 - 13:16
[b]“Azərbaycan yığmasına qarşı oynamaq çox çətin olacaq” - Tyerri Sique  [/b]

“Azərbaycan yığması haqda fikrim odu ki, onlara qarşı oynamaq bizim üçün çox çətin olacaq. Çünki ilk dəfə Azərbaycan millisi ilə bir qrupda oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Belçikanın yığmasının baş məşqçisi Tyerri Sique deyib.

 

Avropa çempionatının final mərhələsində yığmamızla eyni qrupda çıxış edəcək belçikalıların çalışdırıcısı şansları dəyərləndirib: “Hər şeyi meydanda görəcəyik. Qrupda bütün oyunlar çox çətin olacaq. Xüsusən də, Azərbaycanla matç bizə çətinlik yaradacaq. Təbii ki, Portuqaliyanı da vurğulamaq lazımdı. O ki qaldı Şotlandiyaya, çox ağır komandadı. Ümid edirəm ki, Belçika bu qrupdan çıxıb, növbəti mərhələyə yüksələ biləcək. Qrup birincisi kimi Belçika çıxacaq, ikinci komandanı isə deyə bilmərəm. Çox çətin qrupdu. Təbii ki, Azərbaycanı daha çox dəstəkləyən olacaq. Oyunlarda stadion dolu olacaq ki, bu da Azərbaycan üçün əlavə üstünlük olacaq”.